İnsanlara hürriyət, millətlərə istiqlal!

Soydaşlarımızın etiraz aksiyasına rəsmi münasibət bildirildi ( VİDEO )

1440 08.06.2014 20:15 Siyasət A A

ANS-in Gürcüstan bürosunun məlumatına görə, Marneulidə icra başçısı ilə bağlı seçkilərə azərbaycanlı namızədin təsdiq edilməsi tələbini Mərkəzi Seçki Komossiyasini rədd etməsindən sonra bu bölgədə yaşayan bir qrup azərbaycanlının etiraz aksiyasına baş nazir İrakli Qaribaşvili münasibət bildirib. O deyib ki, bu cür hadisələr ola bilsin milli hərəkatın hakimiyyəti dövründə baş verirdi, amma biz bunun üstündən belə rahat keçməyəcəyik. Qaribaşvili bu məsələyə daxili işlər nazirinində diqqət yetirməsini istəyib. Daxili işlər naziri Aleksandr Çikaidze isə öz növbəsində bildirib ki, aksiyada iştirak edən hər kəs, seçkilərdən sonra mütləq ciddi şəkildə cəzalandırılacaq.

Aleksandr Çikaidzenin sözlərinə görə, seçkilərdən sonra bu hadisədə kriminal hərəkətlərə yol verən hər kəs, fərqi yoxdu partiyanın lideri, ya adi vətəndaş, hər biri qanun qarşısında cavab verəcək: “Dövlət binasını bu cür soxulmaq qeyri-qanuni atılan addımdı. Orada xuliqanlıq edildiyi də faktdı. Mərkəzi Seçki Komissiyasının sərbəst qərar verməsinə mane olublar, MSK bu şəxslərdən şikayətçidi”.

Baş nazir İrakli Qaribaşvili daxili İşlər nazirindən və baş prokurordan bu aksiyanın hər bir detalını araşdırılmasını istəyib: “Günahkarlar qanun çərçivəsində cəzalandırılsın. Biz hakimiyyətimiz dövründə ədalətsiz seçkilərin həyata keçirilməsinə imkan vermərik. Çünki, bu ölkəmizin demokratik inkşafına imkan vermir. Birdə onu demək istəyirəm ki, bütün bunlar Avropa Birliyilə asosiativləşmə müqaviləsinin imzalanmasına cəmi 2 həftə qalmış baş verir. Məncə Vahid Milli Hərəkat süni yolla cəhd edir ki, ölkədə təxribatlar baş alıb getsin”. 

Xatırladaq ki, Marneulidə dairə seçki komissiyası qarşısında etiraz aksiyasının səbəbkarı azərbaycanlı namizədin namizədliyinin rədd edilməsilə bağlı idi. Gürcüstanda yerli hakimiyyət seçkilərinə isə cəmi 8 gün qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR