Şou əhlindən təbrik: “Usanmadan çəkdiyin əziyyətin bəhrəsini gördün”
Şou-biznesin tanınmış simaları fəxri ad alan televiziya və radio işçilərini təbrik ediblər.
Musavat.com xəbər verir ki, onlar ürək sözlərini sosial şəbəkədə vasitəsilə çatdırıblar:
Xalq artisti Aygün Kazımova: “Ad alanları ürəkdən təbrik edirəm. Sevinə-sevinə sevincinizə qoşuluram. Canım Nərgizim, Zaurlarım və Xoşqədəm, heç bir əmək bəhrəsiz olmaz. Bəhrələriniz bol olsun”.
Teleaparıcı Günay Baxşəliyeva: “Təbriklər, nəfəsim Zaur. Allaha şükür olsun ki, uzun illər usanmadan çəkdiyin əziyyətin bəhrəsini gördün. İnşallah, axarıncı olar”.
Müğənni Rəqsanə İsmayılova: “Bu gün televiziyada çalışan dostlarımız fəxri adlara layiq görülüb. Hər birinizi təbrik edirəm, çox əziyyət çəkirsiniz. Bu sahədə illərinizi qoymusunuz. Nərgiz Cəlilova gözümüzü açandan incə, zərif gözəlliyi, səsi ilə evimizə qonaq olub. Zaur Baxşəliyev hər zaman xeyriyyə işləri görüb, xalqımızın rəğbətini qazanıb.
Zaur Kamal müğənnilərə dəyər verib, yaddaqalan layihələrlə bizi tamaşaçılara təqdim edib. Hər zaman sevilib, sevilir, baxılır. Xoşqədəm isə neçə insanın gözünü yollardan yığıb, həsrətə son qoyub. Onu və verilişini xalqımız hər zaman sevib. Ona görə də dostlarımıza prezidentimiz tərəfindən dəyər verilib. Təbriklər, əzizlərim. Uğur daim sizinlə olsun”.
Prodüser Tarix Əliyev: “Çox sevindirici haldır, çünki Zaur Kamal, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı illərini televiziyaya həsr edib, və sevimli simalar olub. Bu gün prezidentimiz İlham Əliyev onların işlərini qiymətləndirib. və onlara fəxri adlar verib. Fəxri ad alma münasibəti ilə sizi təbrik edirəm”.
Aktyor Elşən Orucov: ”Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. “Əməkdar mədəniyyət işçisi” adına Zaur Baxşəliyev layiq görülüb. Təbriklər, qardaş. Həmişə zirvələrdə olasan”.
Könül İbrahim,
Musavat.com






