İnsanlara hürriyət, millətlərə istiqlal!

Şou əhlindən Füzuli-Ayan davasına maraqlı açıqlamalar

50799 08.04.2014 18:48 Ölkə A A

Xatırladaq ki, F.Musayev Ayanı həyatının səhvi olduğunu deyib. O, “Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir” – deyə vurğulayıb. 

F.Musayevin bu açıqlamasına Ayandan cavab özünü çox gözlətməyib. Müğənni deyib ki, Füzuli subay olduğu üçün ondan uşaq dünyaya gətirib: “İndi ortaya çıxıb səhvlərindən danışır. Məni əsəbiləşdirməsin, onun boşanma kağızını ortaya çıxararam. Aramızda 7 illik münasibət olub. Mən uşağı tək dünyaya gətirməmişəm. Hansı xoşbəxt evlilikdən danışır, onun arvadı var? Hansı arvaddan danışır? Mənimlə çəkdirdiyi o xoşbəxt şəkillər hara getdi bəs?. Hələ gözləsin. Çox şeylər ortaya çıxaracağam”.
Elə bu açıqlamalardan sonra Ayan sözügedən boşanma sənədini də mətbuatda yayıb. 

Bəzi müğənnilər və prodüserlər isə sosial şəbəkələr vasitəsilə Ayanla həmrəy olduqlarını bəyan ediblər. 

Müğənni Rəqsanə Ayana dəstəyini belə izhar edib:

“Bu söhbəti eşidib çox pis oldum. Bir-birimizi yıxmaqdan ötrü ölürük. Hər tərəfdə yazılır, amma bir şeyi nəzərə alın ki, Ayan yeni ana olub və o körpəni böyütməlidir. Bu gün ona o qədər stress yaşatmaq günahdır, Allahdan qorxmaq lazımdır. Quzum, istəyirəm ki,  cavab, açıqlama vermə, qoy nə deyirlər desinlər, nə yazırlar yazsınlar. Hər şeyi Allaha burax. Zaman keçəcək, bu olanlar sənin üçün keçmişdə qalacaq. Gözəl balanla hər şeyi unudacaqsan. O ki, qaldı o kişiyə (red. Füzuli Musayev nəzərdə tutulur), mən onu heç tanımıram, aranızda nə olub, sizə aiddir. Belə açıqlama vermək o insanın yaşına yaraşmazdı. Onu da burax zamana, hər kəs öz günahına görə cəzalanacaq. Qadınlar kişilərə əmanətdi, bu gün əmanəti belə edən kişilərin aqibəti axirətdə bəllidir. Sən ürəkli ol. Balaca balamıza həm ata, həm anasan. Özündən, balandan müğayat ol. Sus, quzum, susmaq qızıldır”. 

Qeyd edək ki, Rəqsanə İsmayılova daha sonra Ayanın səhifəsinə yazdığı şərhi silib.

Daha sonra tanınmış şou yazarı Şahin Cavadsoy öz “facebook” profilində bu fikirləri paylaşıb:

“Mən bu hadisəyə susub qala bilməzdim. Şəxsən zamanında özüm dəfələrlə canlı şahidi olmuşam ki, Fizuli Musayev Ayana sevgisini necə izhar edib. Nə oldu? İndi bütün bunlar səhv olub? Dəfələrlə Ayanın etdiyi təqdimatlardan sonra təşkil olunan after partylərdə bir araya gəlmişik. Füzuli Musayev bizim yanımızda, Ayanın anasının qaynanası kimi təqdim edib. Və hamıdan çox özü istəyirdi Ayandan övladı dünyaya gəlsin. Mənim heç kimdən qorxum, çəkiləcəyim yoxdur. Ayanın qardaşı kimi bütün söhbətlərdə iştirak etməyə hazıram. Əslində Ayan Babakişiyevanın heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Sadəcə bilsin ki, o, tək deyil. Bizim kimi dostları var yanında. Ayan, başını uca tutmağı haqq edən qızsan. Allah səni, ananı, qardaşın və yeni doğulan qızını öz pənahında saxlasın. Səni həqiqətən çox istəyirəm. Var ol mənim kişi sözlü, kişi qeyrətli Dostum!!!!!!!!!!!!!!!!!”

Ş.Cavadsoyun statusuna “Superrr” deyə rəy bildirən rəqqasə Aytənlə əlaqə saxlayıb fikirlərini öyrənmək istədik. Amma o, bu barədə danışmaq istəmədiyini bildirdi. 

Prodüser Sayqa Cahid isə bu məsələdə neytrallığını qoruduğunu dedi:

“Ayan yenicə ana olub. Öncə təbrik edirəm. Övladının xoş gününü görsün. Füzuli ilə münasibətlərinə gəlincə isə...  Başqasının ailəsi qaranlıq meşədir. O meşənin də meşəbəyisi mən deyiləm. Ona görə də heç kimin şəxsi münasibətlərinə bu günə kimi qarışmadım. Heç bu mövzuda oxumuram ki, xəbərim də olsun”.

Müğənni Xuraman Şuşalı isə bu barədə elə indicə həyat yoldaşı sayəsində xəbər tutduğunu dedi:

“Elə bir az olar ki, yoldaşım bu barədə mənə xəbər verdi. Vallah mən öz halımdayam. Bu mövzu barədə də səthi bilirəm. Nəsə qalmaqaldır. Məncə bu onların şəxsi həyatıdır, öz problemləridir. Hesab edirəm bu dərəcədə şişirdilməməli idi. Allah özü onlara kömək olsun. Bu iş ki, bu qədər böyüyüb, deməli, şeytan qarışıb. Allah şeytana lənət eləsin. Bu barədə nə qədər az danışılıb, yazılsa, o qədər yaxşıdır. Çünki, ortada uşaq var. Hər ikisi yetkin insanlardır. Çalışıb ortaq məxrəcə gəlməlidirlər. İnşallah öz aralarında bu məsələni həll edərlər”.

“Ayanı mənim ahım tutub” deyən prodüser Sultan Mustafayev hər şeyə rəğmən bu gün Ayana dəstək olduğunu söylədi:

“Əlbəttə Ayanı dəstəkləyirəm. Allah heç bir övladı atasız, anasız qoymasın. Belə çətin günlərində Allah köməyi olsun. Vaxtı ilə problemimiz olsa da hazırkı vəziyyətdə onu dəstəkləmək lazımdır. Mən də sadəcə bir insan kimi onu dəstəkləyirəm”.

Qeyd edək ki, Füzuli-Ayan cütlüyünün bu il martın 1-də Selena adlı qızı dünyaya gəlib.

Fəridə Abdıyeva


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR