İnsanlara hürriyət, millətlərə istiqlal!

Şou əhli ilə aparıcıların futbol yarışı - təəssüratlar

1548 09.05.2014 19:55 Şou-biznes A A

Yarış AFFA-nın dəstəyi, Ramal Əsədzadənin təşkilatçılığı ilə baş tutub. Yarışda çıxış edən tərəflərdən biri "Şou biznes" komandası, digəri "Tele aparıcılar" komandası olub. 
9-7 hesabı ilə yekunlaşan oyunda "Şou biznes" komandası qalib gəlib.

Qalib komandanın üzvlərindən tanımış prodüser Təranə Səmədova ilə onun oyun barədə təəssüratlarını öyrənmək üçün əlaqə saxladıq. 

Keçən ilkinə nisbətən bu il yarışın daha yaxşı təşkil olunduğunu söyləyən prodüser, qalib olduqları üçün özünü çox yaxşı hiss etdiyini bildirdi:

" Onsuz da hər gün idman edirəm - qaçıram. Topdan qorxurdum deyə, 40 dəqiqə yalandan başımı girələdim (deyib, gülür). Ancaq meydanın bu başından, o başına qaçmışam. Düzü sonda rəqib komandanı udmağımız xoşuma gəldi".

Məğlub komandanın təmsilçilərindən tele -  aparıcı Tural Ozan da öz təəssüratlarını bildirərək bunları söylədi:

"Layihə Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunmuşdu. Oyundan əvvəl bütün tamaşaçılarıma 3 qol vuracağımı söz vermişdim. Sözümü də tutdum. Amma təəssüf ki, uduzduq. Səbəb isə 4 penalti almağımız oldu. Çünki bizim komandada olan xanımlar oyunun qaydalarını o qədər yaxşı bilmirdilər. Ona görə də hər fürsətdə əllə oynayırdılar.  Nəticədə 9-7 hesabi ilə uduzduq. Onsuz da həmişə biz aparırıq bir dəfə də onlar aparsın".

Fəridə Abdıyeva


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR