Şou-biznes nümayəndələri "Günəşli” yanğını ilə bağlı yazdılar - FOTOLAR
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsinə şou-biznes nümayəndələri münasibət bildiriblər.
Musavat.com xəbər verir ki, sənət adamları sosial şəbəkədə faciə ilə bağlı Azərbaycan xalqına baş sağlığı veriblər.
Müğənni və bəstəkar Murad Arif axşamkı tədbirlərindən imtina etdiyini bildirib: “Aman Allahım! 32 nəfər, 32 ailə , 32 can. Bu faciədir! Bir qarın çörək üçün bu soyuqda dənizdə çalışan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ağır dərddir. Bu axşamkı çıxışlarımı təxirə saldım. Xeyriyyə tədbirimiz də ləğv olundu. Belə gündə şənlənmək olmaz. Çox ağırdır”.
Çingiz Mustafayev: "Gürcüstanda bir səhər oyandım ki, Binəqədidə bina yanıb. İndi də Riqa şəhərindəyəm. Bu hadisəni gördüm, çox pis oldum. Allah hər birinə rəhmət eləsin".
Sevda Yahyayeva: "Faciədə dünyasını dəyişənlərə Allah rəhmət eləsin".
Nadir Qafarzadə: "Allah rəhmət eləsin. Ailələrinə səbr diləyirəm".
Rəqsanə İsmayılova: "Bir parça çörək üçün əziyyət çəkən insanlar... Neçə ailə başsız, neçə bala atasız qaldı. Ürəyim qan ağlayır. Allahım, belə zülm olar?"
Miri Yusif: ""Günəşli" yatağında baş vermiş yanğında həyatını itirən neftçilərimizə Allahdan rəhmət, ailələrinə baş sağlığı diləyirəm".
Natavan Həbibi: "Nə deyəsən? Nə danışasan? Allah rəhmət eləsin. 32 nəfər həyatını itirdi, 32 ailə hüzurunu, ailə başçısını, sevdiklərini, ümidlərini itirdi. Allah səbr versin".
Elnarə Xəlilova: "Allah ailələrinə səbr versin. Allah dünyasını dəyişənlərin axirətini gözəl etsin, yetim qalan balalara özü kömək olsun. Amin".
Elza Seyidcahan: "Allah ölənlərə rəhmət eləsin. Sağ qalanlara kömək olsun, səbr versin".
Faiq Ağayev: "Allah rəhmət eləsin".
Oksana Rəsulova: "Yenə belə xəbər... Pis oldum. Allah dünyasını dəyişmiş insanlara rəhmət eləsin, ailələrinə səbr versin. Qəflətən bu xəbəri eşitmək və qəlbdən külə dönmək..."
Qeyd edək ki, sosial şəbəkədə #prayforgünəşli, #prayforazerbaijan haştaqları yaradılıb.
Könül İbrahim
Musavat.com






