İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkələrdə terrorizmin təbliğatına görə Filippin vətəndaşı 10 il azadlıqdan məhrum edilib

316 25.07.2019 10:58 Son xəbər A A

Sosial şəbəkələrdə “İslam dövləti” qruplaşmasının təbliğatını apardığına görə Əbu-Dabi apelyasiya məhkəməsi 30 yaşlı Filippin vətəndaşının 10 il müddətinə azadlıqdan məhrum edilməsi və 2 milyon dirhəm (545 min dollar) cərimə ödəməsi barədə hökm çıxarıb.

AZƏRTAC xəbər verir ki, məhkum “İslam dövləti” qruplaşmasına qoşulmaqda və sosial şəbəkələrdə təbliğat aparmaqda təqsirli bilinir. Onun sosial şəbəkələrdə təbliğat xarakterli məlumatlar və videolar yerləşdirdiyi və bu terror qruplaşması üçün vəsaitin toplanmasına çağırışlar etdiyi sübuta yetirilib, yaşadığı evdən kompüterlər, mobil telefonlar və təbliğat xarakterli materiallar müsadirə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR