İnsanlara hürriyət, millətlərə istiqlal!

SOSİAL İQTİSAD KOLLECİNDƏ MÜƏLLİMLƏRİN İXTİSARI KADR ÇATIŞMAZLIĞI YARADIB

1445 06.11.2011 09:09 Ölkə A A
Dünən kollecin direktoru Mübariz Mahmudov redaksiyaya telefon açaraq problemlə bağlı öz mövqeyini bildirdi. Direktor dedi ki, qanunla yaş məhdudiyyəti yalnız ali məktəblərdə və elmi institutlarda nəzərə alınmadığı səbəbindən orta ixtisas məktəbi olaraq onların da kollecində ixtisarla bağlı çətinliklər yaşanır: “Söhbət Ənvər müəllimdən gedirsə, mən onu məmnuniyyətlə burada saxlamaq istəyərdim. Çünki onun yol hərəkətinin təşkili ilə bağlı ixtisası üzrə müəllim tapmaq çox çətindir. Müəllim tapmaqda çətinlik çəkdik. Amma bilirsiniz ki, qanun 70 yaşdan yuxarıya şamil olunmur. Onun isə 77 yaşı var. Sadəcə, olaraq, 65 yaşdan 70-ə qədər bir il müqavilə bağlamaq şərti ilə işdə saxlanması mümkündür ki, müəyyən faiz kollecdə bu təminat var. Təəssüf edirəm ki, orta ixtisas məktəblərində zəruri ehtiyac olduğu halda yaşlı müəllimlərin saxlanması mümkün deyil. Məktəbə gələn 4 yeni müəllim isə Təhsil Nazirliyinin tətbiq etdiyi test üsulu ilə işə götürülüb”.
Xatırladaq ki, yaş senzilə əlaqədar qanunun tətbiqilə razılaşmayan müəllimlər Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR