İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial fövqəladə rejimləri pozanlar üçün sərt cəza gəlir

484 22.02.2024 14:37 Ölkə A A

Yeni pandemiyalara hazırlıq, yoxsa..; Aqil Abbas: “Bunun əvəzində maarifləndirmə işi aparılmalıdır”

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək. Və yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcəklər.

Qeyd edək ki, təklif olunan dəyişikliklər Milli Məclisə təqdim olunub. Sosial xarakterli fövqəladə mühit rejimi dedikdə, söhbət həm də pandemiyalardan, onun qaydalarından, o cümlədən maska rejimindən, gigiyenik normalara əməl etməkdən gedir. Nəzərə çatdıraq ki, COVİD pandemiyası zamanı bir çox insanlar maska rejiminə əməl etmirdi və buna görə 100 manat cərimələnənlər də xeyli saydadır. Cərimənin 2 dəfə artırılması təklif olunub. Üstəlik, inzibati həbs də nəzərdə tutulur. Qaydaların sərtləşməsi o anlama gələ bilərmi ki, qarşıda dünyanı daha ağır pandemiya gözləyir? Cəzanın sərtləşməsi buna hazırlıqdır, yoxsa?

Aqil Abbas Gədəbəyin icra başçısını sərt tənqid etdi: "FETÖ at oynadır"

Aqil Abbas

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas “Yeni Müsavat”a deyib ki, cərimələrin artırılmasının tərəfdarı deyil: “Hazırda pandemiya var ki, belə bir təkliflə çıxış edirlər? Ümumiyyətlə, cərimələri artırmaqla nəyəsə nail olmaq mümkün deyil, ancaq əhalini müflis etmək olar. Bunun əvəzində maarifləndirmə işi aparılmalıdır. Vətəndaş pulu haradan alıb cəriməyə versin? Pandemiya dövründə vətəndaşlar cərimə olunublar. Həmin cərimələri ödəyə biliblərmi? Əlbəttə ki, o cərimələrin böyük əksəriyyəti ödənməyib. Əgər cərimə ödəməklə qanun pozuntusunun qarşısı alına bilsəydi, onda ömürlük həbsin olduğu bir vaxtda kimsə ağır cinayət törətməzdi. Hər gün DİN rəsmi olaraq narkotik alverçiləri barədə məlumat yayır. Həmin adamları həbsə alır, 5-10 il azadlıqdan məhrum edirlər. Gəlin baxaq, narkotik satanların sayı azalırmı? Əlbəttə ki, yox! Davamlı şəkildə maarifləndirmə işi aparılmalıdır ki, qanunlar pozulmasın. Çox təəssüf ki, KİV, xüsusən də televiziyalar maarifləndirməyə çox az yer ayırır. Azərbaycan telekanallarında bütün günü it boğuşdururlar. Əhalinin maarifləndirilməsi isə yaddan çıxıb”.

Yada salaq ki, pandemiya dövründə cərimələr təkcə ölkəmizdə deyil, digər dövlətlərdə də tətbiq olunub. Fövqəladə mühit rejimi dövründə vətəndaşlara tətbiq olunan cərimələr sonradan qonşu Türkiyədə və Gürcüstanda ləğv olunub. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR