İnsanlara hürriyət, millətlərə istiqlal!

“SOROS” FONDUNUN ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

1549 06.05.2010 09:12 İqtisadiyyat A A
Dünən fondun ofisində keçirilən təqdimat mərasimində qaliblərin adları bəlli olub. Bunlar “Azadlıq” radiosundan Səadət Akifqızı (“İşsiz-peşəsiz peşə məktəbləri”), “Exo” qəzetindən Cavid Xəlilov (“O tom kak mocno, toçnee nevozmocno poluçitğ informaüiö”), “Ekspert” iqtisad jurnalının redaktoru Dünya Sakit (“Dövlət vəsaitlərindən səmərəsiz istifadə xəstələrin canına, sağlamların isə cibinə zərər vurur”- yazı “Media forum” saytında dərc edilib), lent az. saytından Elxan Salahov - (“Suyu sovrulmuş bulaqlar”) və qəzetimizin əməkdaşı Həbibə Abdulladır (“Dünyanın zibil təcrübəsi və Azərbaycan hökumətinin seçimi” - yazı mucavat.com saytında dərc edilib).
Seçilmiş yazılar ekspertlər tərəfindən işlənmiş meyarlar sistemi ilə qiymətləndirilib. 100 ballıq sistem üzrə qalib gəlmiş beş yazı üzrə maksimal bal 85, minimal isə 70.4 olmuşdur. Qeyd edək ki, müsabiqə 2 mərhələdən ibarət olub. Birinci mərhələdə elan edilmiş mövzular üzrə konsepsiya müsabiqəsi aparılıb və ən yaxşı əsaslandırılan konsepsiyalar qalib elan edilib. Bütün yazılar 2000 dollar məbləğlə mükafatlandırılıblar.
ACİ-YF gələcəkdə də ictimai vəsaitlərlə bağlı yeni jurnalist müsabiqələrini elan etməyi planlaşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR