İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sürücü bir-neçə saniyədə iki maşını əzdi (VİDEO)

2614 12.10.2015 13:30 Son xəbər A A
Bakıda qəza edən sürücü hadisə yerindən qaçmaq istəyib. 

BAKU.WS-in məlumatına görə, BMW markallı avtomobil paytaxtın Yasamal rayonunda ardıcıl olaraq iki avtomobillə toqquşub. Qəza anı video registrator tərəfindən qeydə alınıb. BMW avtomobilinin sürücüsü arxaya manevr etməyə çalışarkən qəsdən bir avtomobili vurur.

Kadrlardan da göründüyü kimi sürücü bu qəzanı bilərəkdən törədir. Qəza baş verən zaman sürücünün üzündə təbəssüm olması da diqqətlərdən yayınmır. İşıqfora çatandan sonra bir digər avtomobillə toqquşan BMW bir neçə saniyədə aləmi bir-birinə qatır. 

Akim Abbasov küçəsində nə baş verdiyini anlamaq çətindir. Kadrlarda görünür ki, onlarla şahid olmasına baxmayaraq sürücü qəza yerini tərk etməyə çalışıb. İstisna edilmir ki, sürücü sükan arxasında sərxoş halda əyləşib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR