İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan İŞİD-ə 122 muzdlu qoşulub - HESABAT

1770 20.04.2016 20:36 Son xəbər A A

İraq-şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına 70 millətin nümayəndəsi qoşulub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İŞİD-dən qaçan bir nəfər NBC teleşirkətinə yaraqlılarla bağlı 11000 fərdi faylları təqdim edib.

Teleşirkət isə 4600 sənədi Terrorla mübarizə mərkəzinə verib. Həmin mərkəzin hazırladığı sənədə görə, muzdluların yaş həddi 12-dən 70-ə, orta yaş həddi isə 26-27-dir.

İŞİD-ə ən çox Səudiyyə Ərəbistanından (579 nəfər), Rusiyadan (141 nəfər) muzdlu qoşulub. Həmin sənədə görə, Azərbaycandan İŞİD-ə qoşulan muzdluların sayı 122, Türkiyədən qoşulanların sayı isə 243 nəfərdir.

Siyahıda 7 Avropa ölkəsi də var. terror qruplaşmasına Kanadadan 7 muzdlu qoşulub. Siyahıda ABŞ-ın adı çəkilmir. Sənəddəki digər məlumata görə, muzdluların 30 faizi evlidir, onların çoxunun təhsili var. 1371 nəfər muzdlu deyib ki, məktəbi bitirib, 1028 nəfər universitetdə oxuduğunu bildirib.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR