İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 100-ə yaxın azərbaycanlı fəal tutulub

683 21.02.2014 10:10 Son xəbər A A
Fevralın 20-də İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində tədbir keçirən 100-ə yaxın fəal tutulub. Tutulanlar arasında tanınmış fəal Abbas Lisani də var.

“Media forum” saytı “Oyannews.com”un farsdilli versiyasına istinadla xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları polis qüvvələri ilə birlikdə azərbaycanlı fəal Əkbər Əbülzadənin atası evinə hücum çəkərək Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən mərasimi dağıdıb. Mərasimə qatılan 100-ə yaxın azərbaycanlı fəal tutub. Fəallar fiziki zorakılığa məruz qoyulub, döyülüb, təhqir edilib.

Tutulan dinc fəallardan bunların adı bəllidir: Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi, İbrahim Nuri, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əkbər Əbülzadə, Ruzbe Səadəti, Vəhid Faizpur, Meysəm Azadi, Fərdin Muradpur, Murtuza Səfəri, Həsən Zarei, Aydın Nişati, Tohid Rzayi, Milad Əzimi, Behzad Əbdi, Vəhid Nəriman, Nima Abbaspur, Səccad Xəlilnejad, Murtuza Məhəmmədi, Səccad Xoşqədəm, Məhəmməd Rəhmanifər, Miryasin Hüseyni, Səccad Colani (iki gözdən əlildir), Meysəm Colani, Məcid Nağızadə, Calal Drugər, Seyfəddin Musəvi, Abbas Nəzəri, Özgür Bənai, Adil Mərəndi, Məhərrəm Xurşa, Cəfər Rüstəmi, Musa Nurməhəmmədi, Vəhid Zarei, İsrafil Fətullazadə, Hüseyn Balaxani, Abbas Balaxani, Əlirza Bidar, Şapur Nüsrətpur, Əsğər Nadiri, Mehdi Rəncbər Bulaği, Beytulla Bərzigər, Hamid Sadiqi, Məhəmməd Axundi, Siyamək Mərdani, Murtuza Qüdrəti, Əfşin Məhəmmədi, Babək Əlizadə, Əhəd Hüseynzadə, Səid Məsumniya, Əli Feyzpur, Rəhman Kəbiri, Səid Xəzər, Arəş Cəfəri, Səid Ənvərizadə, Vəhid Yusifiyan və Abbas Sübh Mövlayi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR