İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayanacaqda vəfat edən şəxs xalq artisti Eldar Axundov imiş

6493 18.09.2014 10:35 Son xəbər A A
Dünən Bakıda avtobus dayanacağında dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, bu, 1948-ci il təvəllüdlü Bakı şəhər sakini Eldar Axundov olub.
 
Qeyd edək ki, E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR