İnsanlara hürriyət, millətlərə istiqlal!

“COCA-COLA” HƏŞARATLARDAN HAZIRLANIR

15470 22.01.2009 16:04 Son xəbər A A

Qeyd edək kı, “Coca-Cola”nın etiketinin üzərində onun tərkibində olan maddələr haqqında məlumat verilib: şəkər, fosfor turşusu, kofein, qənnadı, karbohidrogenlər və digər ekstraktlar. Elə sonda qeyd olunan “digər ekstraktlar” sözünü əsas gətirən iddiaçı Türkiyə qanunlarına istinad edərək, istehlakçı hüquqlarının pozulması maddəsi ilə şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Beləliklə, şirkət istehsal etdiyi içkinin tərkibini açıqlayıb. Məlum olub ki, içrinin tərkibində yuxarıda qeyd edilənlərdən başqa, bir neçə eqzotik bitki yağı  və qurudulmuş həşaratlardan ”“ qirmizi böğəklərdən (ruscada koşenil) alınan ekstrakt da daxildir. Bu həşaratın Azərbaycan, Ermənistan, Polşada yaşadıgı bildirilir. Amma bu böcəyin ən çox sevdiyi bitki Meksika kaktuslarıdır.
 O da qeyd olunur ki, həşaratdan alınan rəng maddəsı zərərli deyil. Həmin maddədən qədim dövrlərdə parçaların rənglənməsində də istifadə olunub. Artıq 100 ildən çoxdur ki, bu ekstrakt qida məhsullarının ıstehsalında da istifadə olunur.


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR