İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirinin keçmiş müavini Tacikistanda müəmmalı şəkildə öldü

2794 02.10.2013 13:16 Son xəbər A A
Azərbaycanlı biznesmen Tacikistanın paytaxtı Düşənbədə müəmmalı şəkildə ölüb. Virtualaz.org “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, bu barədə radiostansiyaya bu gün - oktyabrın 2-də məlum olub.

Ölən şəxsin Səməd Sadıqov adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Azərbaycanın Düşənbədəki səfirliyi faktı təsdiq edib. Səfirliyin mətbuat katibi Samir Əhmədi bildirib ki, biznesmenin ölümünə səbəb qara ciyər serrozu olub. Digər təfərrüatlar haqda məlumat verilmir.

Radiostansiya bildirir ki, Azərbaycandan əldə edilən bəzi məlumatlara görə, Sadıqov müxalifyönlü olub. Onun yaxınları mərhumun cəsədini götürmək üçün Düşənbəyə gediblər.

Virtualaz.org araşdırıb ki, Düşənbədə ölən Səməd Sadıqov Azərbaycanın baş nazirinin keçmiş müavini, iqtisadiyyat naziri olub. O, 1993-cü ildə Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyindən qısa müddət sonra - 1993-cü il, sentyabrın 2-də həmin vaxt Ali Sovetin sədrinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin  fərmanı ilə baş nazirin müavini və iqtisadiyyat naziri təyin olunub. S.Sadıqovun keçmiş spiker Rəsul Quliyevin komandasında yer aldığı da məlum olub.

O, baş nazirin müavini vəzifəsində bir neçə il - təxminən R.Quliyevin istefasına (bu isə 1996-cı ildə olub) qədər işləyib.

S.Sadıqov 1995-ci il, martın 11-12-də Danimarkanın Kopenhagen şəhərində keçirilən sosial inkişaf üzrə ümumdünya konfransında Azərbaycanın iştirakına hazırlıq üzrə prezident Heydər Əliyevin fərmanı ilə yaradılmış hökumət komissiyasında hazırda həbsdə olan xarici iqtisadi əlaqələr nazirinin keçmiş birinci müavini Nicat Quliyev və digər rəsmilərlə birlikdə təmsil olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR