İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - VİDEO

17396 28.09.2014 02:21 Son xəbər A A
Müsavat Partiyasının başqanlıq seçkisi başa çatıb. Musavat.com-un xəbərinə görə, səsvermənin nəticələri bəlli olub. İlk olaraq namizədlərdən Arif Hacılının səsləri sayılıb.

449 nəfər səsvermədə iştirak edib. Bülletenlərdən 2-si etibarsız sayılıb. Yerdə qalan 447 nəfərdən 228-i Arif Hacılıya səs verib. Beləliklə, Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu. Namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs alıb.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR