İnsanlara hürriyət, millətlərə istiqlal!

SOLLAR BİRLƏŞDİ, YOLLAR DA BİRLƏŞDİMİ?

1204 15.04.2009 14:09 Son xəbər A A

Partiyalar arasında birləşməyə dair əldə olunan razılığa əsasən, AMSP-nin üzvləri və təşkilati strukturları AXSP-nin müvafiq strukturlarına birləşəcək. AMSP sədri Rüstəm Şahsuvarov AXSP sədrinin ictimai əlaqələr üzrə müavini vəzifəsini tutacaq, AMSP-nin çərşənbə günü Trend News-a daxil olduğu bəyanatında bildirilib.

Trend News-un arayışı: Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) və Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) ötən ilin sonunda əməkdaşlıq haqqında razılığa gəliblər.

Rüstəm Şahsuvarov, Azərbaycan Mütərəqqi Sosialist Partiyası yaradılanadək Azərbaycan Kommunist Partiyasının üzvü olub.Azərbaycanın Xalq Sosialist Partiyası ötən ilin oktyabrında təsis edilib.

AMSP Müvəqqəti Mərkəzi İcraiyyə Komitəsinin plenumu partiyanın AXSP ilə birləşməsi haqqında razılığı yekdilliklə qəbul edib. Həmin razılıq AXSP sədri Rövşən Hüseynovun müvafiq fərmanının dərc edilməsindən sonra qüvvəyə minmiş hesab olunacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR