Ötən gün İtaliyada COVID-19-a yoluxanların sayı 8544 nəfər artaraq ümumilikdə 4 milyon 852 min 496-ya yüksəlib.
AZƏRTAC xəbər verir ki, son 3 gündür İtaliyada virusa gündəlik yoluxma sayı 8500-dən çoxdur.
Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 53 nəfər artaraq 132 min 739-a çatıb. Ölkədə son 24 saatda 540 min 371 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 115 min 112, reanimasiya şöbəsində olan xəstələrin sayı 453 nəfərdir. Virusdan sağalanların sayı isə 4453 nəfər artaraq 4 milyon 604 min 645 olub.
İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində bu vaxtadək təxminən 92 milyon nəfər peyvənd olunub, hər iki doza peyvənd qəbul edənlərin sayı isə 45,5 milyon nəfərə çatır.






