Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, bundan sonra Ağ Ev Rusiya təhqiqatı ilə bağlı heç bir sualı cavablandırmayacaq. Mətbuat katibi bu barədə verilən sualların Trampın hüquqşünasına yönləndiriləcəyini bəyan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, FTB direktorluğundan azad edilən Ceyms Komi gələn həftə Konqres komitəsində danışıcaq. O, Donald Trampın Rusiya təhqiqatına müdaxilə etdiyini iddia edib. Jurnalistlərin Trampın ədalətli mühakiməyə hər hansı müdaxiləsinin ola bilməsi ehtimalına Şon Spayser bildirib ki, məsələ ilə bağlı bütün suallar Trampın hüquqşünası Mark Kasovitsə yönləndiriləcək.
Mark Kasovits uzun illərdir ki, Trampın hüquqşünasıdır.
CNN-nin verdiyi məlumata görə, Komi Senatın kəşfiyyat komitəsində Trampın işə müdaxilə etdiyini və təhqiqatı dayandırmaq üçün ona təzyiq etdiyini söyləyəcək. Bildirilir ki, Komi ifadəsinin parametrləri barədə işin araşdırılmasına rəhbərliyi həyata keçirən xüsusi müşavir Robert Müllerlə müzakirə edib.
Ağ Ev Rusiya təhqiqatı ilə bağlı yeni siyasətini Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin Rusiya təhqiqatı ilə əlaqədar məhkəməyə müraciət etməsindən əvvəl bəyan edib. Komitənin Flinn, Trampın hüquqşünası Maykl Koen və onların biznesləri barədə məhkəmə müraciətləri qəbul edilib.
İndiyə kimi Şon Spayserin keçirdiyi əksər mətbuat konfransları Rusiya məsələsinə həsr edilirdi. Ağ Evin belə bir addım atmasına səbəb kimi işin gedişatından narahat olduğu göstərilir. Şon Spayser də hüquqi məsləhət almadan sualları cavablandırmağa çəkinir.
Musavat.com






