İnsanlara hürriyət, millətlərə istiqlal!

Son iki ildə tibbi avadanlığın alınmasına BU QƏDƏR vəsait xərclənib - FOTO

712 28.09.2023 11:32 Səhiyyə A A

"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda "Xidmətlər Zərfi"ndə yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq genişlənib".

Musavat.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin media nümayəndələri üçün "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanıb: "Son iki ildə tibbi avadanlığın alınması üçün 100 milyondan çox vəsait xərlənib. 300-dən çox təcili tibbi yardım maşını alınıb".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR