İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! "Vaqner" Rostova çatdı

6498 24.06.2023 08:03 Gündəm A A

Rusiyada hərbi qiyam qaldıran "Vaqner" hərbi qrupunun Rostov şəhərində nəzarəti ələ keçirildiyi bildirilir.


Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, əhali şəhərin mərkəzində - icra strukturları, hüquq-mühafizə orqanlarının binaları yaxınlığında silahlı, hərbi geyimli şəxslərin şəkillərini çəkərək yayır. Şəhərdəki bütüm müşahidə kameraları söndürülüb.

Rostov əyalətinin qubernatoru Vasili Qolubev əhalidən mümkün qədər evlərdən çıxmamağı, şəhərin mərkəzinə getməməyi xahiş esib. O həmçinin şəhər idarələrinə öz fəaliyyətlərini davam etdirməyi tapşırdığını bildirib.

Qeyd edək ki, bəzi mənbələr bu gecə Rostov-Moskva şossesində "Vaqner" ilə "Rosqvardiya" bölmələri arasında ilk döyüş toqquşmasının baş verdiyinə dair məlumat yayıb. Bildirilir ki, Rusiya Qvardiyası mövqelərini tərk edib, "Vaqner"in kolonunun Moskvaya doğru irəliləməkdə davam etdiyi barədə xəbərlər də yayılmaqdadır.
Priqojin öz teleqram kanalından bir hərbi helikopteri vurduqlarını bəyan edib.

Bildirib ki, helikopter şosse ilə mülki maşlnların arasında hərəkət edən Vaqnerçilərə atəş açıb: "Ən qəddar Afrika rəhbərləri də belə edirlər: mülki əhaliyə atəş açırlar. Biz Rusiyanı bu qəddarlıqdan azad edəcəyik. Biz 25 min nəfərik, daha 25 min nəfər də tam hazırdır. Heç kim yolumuzu kəsməyə çalışmasın".



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR