Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələdə 18 nəfər yaralanıb, 1 nəfər ölüb.
Musavat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ərazidə olan vitseprezident Fuad Oktay bildirib.
O bildirib ki, yerli vaxtla saaat 17:24-də baş verən 5.7 maqnitudalı zəlzələdən sonra indiyədək 46 təkan qeydə alınıb.
Qeyd edək ki, Daxili İşlər Naziri Süleyman Soylu, Ətraf Mühit və Şəhrəsalma Naziri Murat Kurum da təbii fəlakət zonasına gediblər.

![]()
Toğrul İsmayıl,
Musavat.com






