İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO

1717 04.06.2024 11:40 Hadisə A A

Türkiyənin Kayseri şəhərində hərbi təlim təyyarəsi məlum olmayan səbəbdən qəzaya uğrayıb.

Musavat.com Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Kayseri 12-ci Hava Nəqliyyatı Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus "SF-260D" tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb", - məlumatda deyilir.

Qeyd olunub ki, qəzada iki pilot şəhid olub.

Hadisənin ardından axtarış-xilasetmə qrupları əraziyə cəlb edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR