Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.
Bu barədə Musavat.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, təyyarə yerlə təmas zamanı qismən məhv edilib. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.
Hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Toğrul İSMAYIL,
Musavat.com






