İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya ordusu Ukraynanın bu şəhərlərini MÜHASİRƏYƏ ALDI

2627 02.04.2022 19:54 Dünya A A

Rusiya ordusu Ukraynanın Burın və Putivl şəhərlərini mühasirəyə alıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Slobojanşinada işğalçılar Burın şəhərindən çıxışı bağlayıblar, kənddə düşmənin xeyli sayda hərbi texnikasının cəmləşməsi qeydə alınıb. Putivlin blokadası davam edir, şəhər düşmən nəzarət-buraxılış məntəqələri ilə əhatə olunub", - məlumatda deyilir.

Bundan əlavə, qeyd edilir ki, Rusiya ordusu Yuryevo qəsəbəsində reydlər keçirir. Orada işğalçıları yerli əhalinin siyahıyaalınmasını təşkil etməyə çalışır və ukraynalıların evlərində silah axtarırlar.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR