İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rostovda yollar bağlandı, Moskvada TƏCİLİ hazırlıq, “Vaqner”in ofisi isə mühasirədə... CANLI

1858 24.06.2023 11:00 Gündəm A A

Moskvada antiterror rejimi ilə əlaqədar əvvəlcədən elan edilmiş kütləvi tədbirlər ləğv edilib. Musavat.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Vaqner muzdluları Rostovun mərkəz və ətrafda yerləşən bütün yollarına blokpost yerləşdirib. Şəhərin giriş-çıxışı tam nəzarət altındadır.

Rusiya xüsusi təyinatlıların “Vaqner” muzdlularının Sankt-Peterburqdakı binasını mühasirəyə alıb. Binada yoxlama aparılır.

Əməliyyat Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Onlar binaya mülki geyimli şəxslərlə birlikdə daxil olublar.

TVMusavat-ın saat 11:00-da canlı efirində aparıcı Emil Salamoğlunun “Həftə içi” verilişində Rusiyadakı hərbi qiyam müzakirə edilir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR