İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Qazaxın kəndləri belə təhvil verilir, tarix AÇIQLANDI – CANLI

9534 25.11.2023 12:09 Son xəbər A A

“Ermənistan vaxtilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Faktiki olaraq erməni tərəfi özünün köhnə sərhədlərindən imtina edib. İndiki halda iki ölkə arasında konkret sərhəd xətti yoxdursa, sovet dövründə və 1991-ci ildə qəbul edilmiş prinsip qəbul edilmirsə burada məsələ tamam başqa müstəviə yönəlir. Misal üçün, Azərbaycan Rusiya ilə sərhədlərini məhz bu prinsip əsasında həll edib. Bununla da Azərbaycanın Qazax istiqamətində hələ də Ermənistanın nəzarətində qalan 7 kəndi vaxtilə qanunsuz olaraq ermənilərə verilmiş ərazilərin təhvil verilməsi ilə öz həllini tapacaq”.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov müsahibəsində belə deyib.

Məlumdur ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Görüşün 30 noyabrda baş tutacağı bildirilsə də, sərhədin məhz hansı hissəsində olacağı haqda heç bir məlumat yoxdur. Təfərrüat açıqlanmayıb, ancaq əsas müzakirənin anklavlar məsələsi olacağı gözlənilir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan hələ bir müddət öncə anklavlar məsələsinin sülh danışıqlarına salınmasının tərəfdarı olmadığını, bunu delimitasiya komissiyalarının müzakirə edəcəyini bildirmişdi. Azərbaycan tərəfi isə Qazaxın 7, Naxçıvanın bir kəndinin qaytarılması tələbini bütün qapalı danışıqlarda qaldırır. Ermənistanın dəfələrlə təsdiqlədiyi “Azərbaycanın 86,6 min kv.km ərazisi”nə anklavlar da daxildir.

TVMusavat-ın bu gün saat 12:09-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR