İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! “Qanuni Oğrular”ın rəhbəri Şamil Əmirov saxlandı

8410 03.12.2023 11:35 Kriminal A A

Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən biri Şamil Əmirov İstanbulda saxlanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Yerlikaya bildirib ki, mavi bülletenlə axtarışda olan Şamil Əmirov İstanbulda keçirilən “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb.

"Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizəmiz getdikcə daha da artırılacaqdır. Onların nəfəsini kəsəcəyik. Əməliyyatı təşkil edən Qəhrəman Polislərimizi təbrik edirəm. Biz ölkəmizi beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir tutaraq, məsuliyyətə cəlb edəcəyik" - türkiyəli nazir bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR