İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Nazim Baydəmirli saxlanıldı

4702 04.07.2023 21:35 Son xəbər A A

Sabiq deputat Nazim Baydəmirli (Məmmədov Nazim Hüseyn oğlu) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. 

Musavat.com xəbər verir ki, Nazim Baydəmirlinin saxlanılması barədə özünün facebook profilində vəkil Aqil Layıc məlumat verib.

Aqil Layıc yazıb: "Nazim Bəydəmirlini Banditizmdə Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar, özü indi zəng edərək məlumat verd".

Qeyd edək ki, Azərbaycan KİV-lərində yayılan məlumatlarda Nazim Baydəmirli Gədəbəyin Söyüdlü kəndindəki hadisələrin koordinasiya edilməsində və qızışdırılmasında suçlanırdı.

Həmin məqamı olduğu kimi təqdim edirik:

Sitat: "Əldə olunan məlumata görə, təxribatçıların Rusiya ilə bağlı “5-ci kolon” üzvlərindən olan keçmiş millət vəkili Nazim Məmmədov ilə də təmasları olub və N.Məmmədov Bakıdan bu proseslərin koordinasiyası ilə məşğul olub. Məlumat üçün bildirək ki, vaxtilə vergilər naziri Fazil Məmmədovun dəstəyi və Ramiz Mehdiyevin razılığı ilə parlamentdə təmsil olunmuş N.Məmmədovun bir müddət AXCP-yə maliyyə dəstəyi ayırdığı məlumdur".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR