İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Mindən çox sakin qazsız qaldı FOTO

1616 24.02.2021 10:27 Hadisə A A

 

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə də ziyan vurub.

Bu barədə Musavat.com-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR