İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ferdi Tayfur vəfat etdi FOTO

2252 02.01.2025 21:35 Son xəbər A A

Müğənni Ferdi Tayfur vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Türkiyənin tanınmış sənətçisi Ferdi Tayfur uzun müddətdir müalicə aldığı Antalyadakı Medical Park Xəstəxanasında dünyasını dəyişib.

Son dəqiqə xəbəri olaraq yayılan məlumatda sənətçinin səhhətindəki problemlər səbəbilə bir müddətdir xəstəxanada olduğu bildirilib.

Qeyd edək ki, Ferdi Tayfur, 15 dekabr tarixində Muğlanın Marmaris rayonundakı evində səhhətində yaranan problemlər səbəbindən əvvəlcə rayondakı özəl bir xəstəxanaya, daha sonra isə Muğlada yerləşən başqa bir özəl tibb müəssisəsinə aparılmışdı.

Musavat.com

photo_2025-01-02_21-11-08.jpg (11 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR