İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənilər Tovuz səmtindəki mövqelərimizi növbəti dəfə atəşə tutdu - RƏSMİ

2451 18.11.2021 15:34 Ölkə A A

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR