İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Berluskoni 86 yaşında vəfat etdi - Sabiq baş nazirin DOSYESİ

1726 12.06.2023 12:44 Siyasət A A

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni 86 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della” qəzeti məlumat yayıb.

Qeyd edək ki, İtaliyanın sabiq baş naziri bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. 86 yaşlı Silvio Berluskoni aprelin əvvəlində də xəstəxanada müalicə olunmuşdu.

Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə anadan olub. Hüquq təhsili alıb. “İrəli İtaliya” siyasi hərəkatının və “Azadlıq xalqı” Partiyasının yaradıcısı və sədri olub. 1993-cü ildə “İrəli İtaliya” siyasi hərəkatını təsis edib.

1994-cü ildə Nazirlər Şurasının sədri və eyni zamanda parlamentin Avropa İttifaqı məsələləri və xarici siyasət Daimi Komissiyasının üzvü olub. 1994-cü ildə Avropa Parlamentinə seçkilərdə iştirak edib və qələbə qazanıb, lakin deputat mandatının və Nazirlər Şurasının sədri vəzifəsinin eyni zamanda icra edilməsi mümkün olmadığından, Avropa Parlamentinə daxil olmayıb. 1997-2008-ci illərdə müxtəlif dövrlərdə Milan şəhərinin bələdiyyə müşaviri olub. 1999-2001-ci illərdə Avropa Parlamentinə yenidən seçilib. 2001-ci ildə Nazirlər Şurasının sədri vəzifəsinə seçilib. 2002-ci ilin yanvar-noyabr aylarında xarici işlər naziri vəzifəsini icra edib. 2004-cü ilin 3-16 iyul tarixlərində iqtisadiyyat və maliyyə naziri vəzifəsini icra edib. 2006-cı ilin mart-aprel aylarında səhiyyə naziri vəzifəsini icra edib. 2008-ci ildə “Azadlıq xalqı” partiyasını təsis edib. 8 may 2008-ci ildə Nazirlər Şurasının sədri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR