İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bayden Ukrayna üçün şad xəbəri ELAN ETDİ - Yaxın həftələrdə...

2342 26.01.2023 11:50 Dünya A A

Almaniyadan sonra ABŞ da Ukraynaya tank göndərmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden canlı yayında açıqlayıb.

O, ABŞ-ın Ukraynanı dəstəkləmək üçün dünyadakı müttəfiqləri və tərəfdaşları ilə birgə çalışdığını bildirib:

“ABŞ və Avropa tam birləşib. Bu səhər NATO müttəfiqlərimiz Almaniya kansleri Şolz, Fransa prezidenti Makron, Böyük Britaniyanın baş naziri Sunak və İtaliyanın baş naziri Meloni ilə Ukraynaya yaxın koordinasiyamızı və dəstəyimizi davam etdirmək üçün uzun görüş keçirdim”.

Bayden deyib ki, Rusiyanın gözləntisin ABŞ və Avropanın Ukraynaya dəstək üçün birləşməməsidir:

63d163594e3fe02328b740d5.jpg (94 KB)

"Ancaq biz tamamilə birik. Ukrayna əlində olan əraziləri müdafiə edir və işğal altındakı torpaqları azad etmək üçün əks-hücumlara hazırlaşır. Onlar Rusiyanın son zamanlar döyüş meydanında inkişaf etdirdiyi taktika və strategiyaya müqavimət göstərməyi bacarmalıdırlar, manevr etmək və məkanı açmaq qabiliyyətini inkişaf etdirməlidirlər. Uzunmüddətli perspektivdə ukraynalılara Rusiyanın təcavüzünə qarşı çəkindirmə və davamlı müdafiə qabiliyyəti lazımdır”.

ABŞ lideri ölkəsinin bu günə qədər Ukraynaya yüzlərlə zirehli maşın göndərdiyini xatırladıb və tank göndəriləcəyini elan edib:

“Bu gün ABŞ-ın Kiyevə 1 Ukrayna batalyonuna bərabər 31 Abrams tankı göndərəcəyini açıqlayıram. Nazir Ostin bu addımı tövsiyə edib, çünki bu, Ukraynanın öz ərazisini müdafiə etmək və strateji məqsədlərinə nail olmaq imkanlarını artıracaq. Abrams tankları dünyanın ən bacarıqlı tanklarıdır. Onların istismarı və saxlanması da son dərəcə mürəkkəbdir. Ona görə də biz Ukraynanı lazımi hissələr və avadanlıqlarla səmərəli şəkildə təmin edirik”.

Bayden sözügedən tankların Ukraynaya çatdırılmasının zaman alacağını ifadə edib:

“ABŞ-ın töhfəsi qarşıdakı həftələrdə və aylarda digər ölkələrdən əlavə elanla müşayiət olunacaq ki, bu da döyüş meydanında istifadə üçün hazır, əlçatan və daha asan inteqrasiya olunacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR