İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycanda DƏHŞƏTLİ QƏZA: turistləri daşıyan avtobus qəzaya düşüb, çoxlu sayda yaralı var FOTO VİDEO ADLAR, YENİLƏNİB 2

5110 13.06.2022 01:17 Hadisə A A

Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobusda yaralananların sayı artıb.

Hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Onların 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

****

Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsi sakinləri 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub.

****

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.

Fakatla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR