İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: Araik istefa verdi - YENİLƏNİB

9146 31.08.2023 13:05 Gündəm A A

Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyan istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Arutyunyan istefa ərizəsini sabah parlamentə təqdim edəcək.

Qeyd edək ki, Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş səlahiyyətlər verilmiş Sergey Şahramanyanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib.

***

Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyan "istefa" verdiyini açıqlayıb. Onun istefası yaxın saatlarda elan ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Bildirilir ki, Araiklə yanaşı, qondarma qurumun qondarma “dövlət naziri”  Qurgen Nersisyanın da istefası olacaq.

Erməni mətbuatı iddia edir ki, Araiki baş separatçı postunda Samvel Şahramanyan əvəz edəcək. Şahramanyan qondarma qurumda “təhlükəsizlik şurasının katibi” olub.

Qeyd edək ki, Xankəndidə separatçılar arasında qarşıdurma pik həddə çatıb. Bu səbəbdən Araik hələ bir müddət əvvəl istefaya getmək fikrində idi. Amma həmin vaxt Xankəndidəki terrorçular onu qaçmaqda ittiham edərək hədələmişdilər.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR