Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 611 nəfər yoluxub, onlardan 300-ü Bişkekin payına düşür. Ümumiyyətlə isə pandemiya dövründə ölkədə 27 min 143 adam bu virusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu haqda Bişkekdə keçirdiyi brifinqdə Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev məlumat verib.
O deyib ki, son gündə ölkədə bu virusdan 34, pandemiya dövründə isə 1037 xəstə ölüb.






