İnsanlara hürriyət, millətlərə istiqlal!

Somalinin paytaxtında terrorçular otelə girərək oradakıları girov götürüblər: 5 ölü, 28 yaralı

329 16.08.2020 21:36 Dünya A A

Somalinin paytaxtı Moqadişoda otellərin birində güclü partlayış olub, bundan sonra bir qrup silahlı binaya daxil olaraq oradakı insanları girov götürüblər.

APA xəbər verir ki, bu barədə Somalinin “Gubjug News” xəbər portalı məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Somali ordusunun elit bölmələri ilə otelə girən silahlılar arasında güclü atışma olub. Hərbçilər otelin bir neçə qonağını girov götürüblər. Məlumata görə, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri otelin beşinci mərtəbəsində özlərinə mövqe qurublar. İlkin məlumatlara görə, ölənlər olub, onların arasında məmurun olduğu da deyilir.

***

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

“Gubjug News” xəbər portalı is hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirib.

Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Bildirilir ki ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna edilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR