İnsanlara hürriyət, millətlərə istiqlal!

Somali prezidentinin İstanbulda qəza törədən oğlunun həbsi istənilir

665 08.12.2023 14:04 Son xəbər A A

Xəbər verildiyi kimi 9 gün öncə Somali prezidentinin oğlu İstanbulda qəza törədib, nəticədə motosikli ilə dayanmış halda olan kuryer 38 yaşlı Yunus Emre Göçer həlak olub.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, kuryerin vəkili İyaz Çimen ölümlə nəticələnən qəza olmasına baxmayaraq, həbs və ya məhkəmə nəzarətinin olmamasına reaksiya verib.

Qəzaya səbəb olan avtomobilin sürücüsünün Somali prezidentinin oğlu Məhəmməd Həsənn Şeyx Məhəmmədin olduğu müəyyən edilib.

Hadisə ilə bağlı danışan vəkil İyaz Çimen deyib: "Biz cinayəti törədənin Somali prezidentinin oğlu olduğunu öyrəndik. Hadisəni törədən şəxslə bağlı həbs və ya saxlanılma qərarı verilməyib”.

Noyabrn 30-da baş verən qəzadan sonra ağır yaralanmış Göçer xəstəxanaya aparılıb, reanimasiyaya yerləşdirilib, ancaq həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Qəzadan sonra hazırlanan ekspertiza hesabatında motokuryer Yunus Emre Göçerin qəza zamanı yolda heç bir qaydanı pozmadığı və ya səhv etmədiyi göstərilib.

İstanbul Baş Prokurorluğu məhkəməyə məktub göndərərək Məhəmməd Həsən Şeyx Məhəmmədin həbsinə order verilməsini istəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR