İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Vasif Talıbov ƏRİZƏsini yazıb, jurnalistlərlə sülhməramlılar arasında QARŞIDURMA- Bədrəddin Quliyevlə “Canlı debat”

1616 07.12.2022 13:24 Gündəm A A

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Təəssüf ki, sözü gedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. İsrarla əraziyə keçməyə cəhd edilsə də, sühməramlılar jurnalistləri əraziyə buraxmayıblar.

Eyni zamanda Naxçıvandandan da yeni xəbərlər gəlməkdədir. Naxçıvan Ali Məclisinin rəbəri Vasif Talıbovun istefa ərizəsi yazması ilə bağlı xəbərlər də yayılıb. Nələr baş verir?

Cümhuriyyət Xalq Partiyasının başqanı Bədrəddin Quliyevlə bu mövzuları müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR