İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK hadisə: bəy gəlini öpdükdən beş dəqiqə sonra öldü

2517 15.09.2020 12:21 Dünya A A

Braziliyada hər kəsi şoka salan hadisə baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Braziliyanın tanınmış biznesmeni nişanlanması münasibəti ilə sevgilisini öpdükdən beş dəqiqə sonra vəfat edib.

Xəbərə görə, cütlük mərasimi San-Pauluda açıq havada keçirmək qərarına gəlib. Tezliklə evlənəcəklərini elan etdikən sonra 24 yaşlı Joao Gilyerme Torres Fadini dostları ilə çayda üzmək yarışı keçirmək qərarına gəlib və suya tullanıb.

Az sonra bəy suyun altında yoxa çıxıb.

Dostları və gəlin kişini özləri tapa bilmədikləri üçün xilasediciləri çağırıbar.

Saat yarımdan sonra Fadininin meyiti tapılıb.

Toğrul İsmayıl,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR