İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK GƏLİŞMƏ: Rusiya-Ukrayna müharibəsi bu qədər uzanacaq - Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

533 12.06.2023 15:59 Gündəm A A

Avropa İttifaqı Ukraynada hərbi münaqişənin bir neçə il uzanacağına hazırlaşır. Bu barədə Avropanın daxili bazar üzrə komissarı Tierri Breton RMS radiostansiyasına açıqlamasında deyib. O bildirib: “Biz, bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Avropada yüksək döyüş intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi, biz də buna hazırlaşırıq”. Breton onu da qeyd edib ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların olacağı da ehtimal olunur:

“Başqa sanksiyalar da mümkündür, amma heç kim demir ki, Ukrayna məhz onların sayəsində qalib gələcək. Əgər Ukrayna qalib gəlsə, bu, hərbi yolla olacaq. Ona görə də Avropa İttifaqı və Ukraynanın müttəfiqləri onu qələbə üçün lazım olan hər şeylə təmin edirlər”.

Gündəmdəki bir çox xəbərlərin təhlilini bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızının təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR