İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok gəlişmə: İran "Zəngəzur dəhlizi"ni müzakirə üçün Türkiyəyə nümayəndə göndərir

1612 06.01.2025 14:02 Region A A

İran nümayəndə heyəti dəhliz məsələsi ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Türkiyəyə səfər edəcək

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İran Xarici işlər nazirliyinin mətbuat katibi İsmayıl Bakai məlumat verib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi “heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir”.

“İranın mövqeyi sabitdir. Biz nəinki nəqliyyat sahəsində əməkdaşlığın artmasını alqışlayırıq, həm də ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Çox güman ki, yaxın vaxtlarda nümayəndə heyətimiz müvafiq strukturların iştirakı ilə bu mövzunun daha yaxından müzakirəsi üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, bu məsələ tezliklə həllini tapacaq”, - deyə Bakai bildirib.

İran tərəfinin “Zəngəzur dəhlizi”ni Türkiyə ilə müzakirə etmək istəməsi ayrıca maraq doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR