SOCAR-ın işçisi dənizdə öldü
SOCAR-ın işçi dənizdə boğularaq ölüb.
Virtualaz.org saytı xəbər verir ki, dünən saat 18.10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman bədbəxt hadisə baş verib.
SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozmuş və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Neftçi dənizdən çıxarılsa da dünyasını dəyişib.






