İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR "AVRO-5" standartına cavab verən yanacaq istehsalına hazırlaşır

704 25.10.2019 11:24 İqtisadiyyat A A

"SOCAR-ın Heydər Əliyev Adına Neft emalı zavodunun moderinzasiyası ölkə daxilində “Avro 5” keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etmək və istehsalın illik həcminin artırılmasına imkan yaradacaq".

Musavat.com xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, hazırda zavodun yenidənqurma və moderinzasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir:

“Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə, dizel yanacağı, mazut, neft koksu və s. İstehsal olunur. Yenidənqurma layihəsi çərçivəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro 5” istehsalına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulub. 2024-2025 ci illərdə isəistehsal həcminin 7,5 milyon tona qədər artırılması planlaşdırılır”.

Əli Rais,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR