İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sobsan" boya fabrikinə məxsus sexdə yanğın davam edir - xəsarət alanlar var REPORTAJ, FOTOLAR/VİDEO

1594 05.07.2020 00:37 Hadisə A A

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın hələ də davam edir.

Bu barədə Musavat.com-un hadisə yerində olan əməkdaşı məlumat verir.

Müxbirimizin sözlərinə görə, ara-sıra külək əsdiyi üçün yanğın istiqamətini dəyişir, bu da yanğının yayılmasını sürətləndirir.

Əməkdaşımız qeyd edir ki, ərazidə hələ də partlamayan çoxlu sayda boya çənləri var və onların partlama təhlükəsi olduğu üçün əraziyə FHN əməkdaşlarından başqa heç kim buraxılmır.

Bu dəqiqələrdə də yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir, əraziyə çoxlu sayda FHN-nin yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd edək ki, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. 

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.

FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Məhəmməd TÜRKMƏN,

Fotolar, video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR