İnsanlara hürriyət, millətlərə istiqlal!

SNJ peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı polis zorakılıqlarını pisləyib

719 17.12.2018 03:42 Media A A

Fransa Jurnalistləri Həmkarlar İttifaqı (SNJ) noyabr 17-də başlamış “sarı jiletlilər“in etiraz aksiyalarının mətbuatda işıqlandırılması zamanı jurnalistlərin, fotoqrafların peşə borclarını yerinə yetirərkən üzləşdikləri çətinliklər barədə, xüsusən asayiş keşikçiləri tərəfindən KİV nümayəndələrinə qarşı edilən zorakılıq halları ilə bağlı həyəcan təbili çalıb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, həmkarlar ittifaqı mətbuat üçün yaydığı bəyanatda media nümayəndələrinin şəxsi mühafizə vasitələrinin - qaz əleyhinə maskaların, eynəklərin və s. polis əməkdaşları tərəfindən alındığını, çəkiliş avadanlıqlarının sındırıldığını, "Flash-ball" ilə qəsdən vurulma hallarının baş verdiyini bildirib. Qeyd edilir ki, polis əməkdaşının zərbəsi nəticəsində “Journal du Dimanch“ qəzetinin fotoreportyorunun əli sınıb. Digər fotoreportyor isə peşə vəzifəsini yerinə yetirərkən iki barmağını itirib.

Fransa Jurnalistləri Həmkarlar İttifaqı (SNJ) bəyanatda demokratiyanın mühüm dayaqlarından hesab edilən Fransada mətbuat nümayəndələrinə qarşı belə halların yoverilməz olduğunu bildirib. Bəyanatda qeyd edilir ki, SNJ hələ dekabrın 1-də baş verənlərlə bağlı Fransa Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.

SNJ özünün "Twitter" hesabında məsələ ilə bağlı Avropa Şurasına müraciət etdiyini də vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR