İnsanlara hürriyət, millətlərə istiqlal!

Şmıqal: “İlin sonuna qədər Ukrayna iqtisadiyyatına dəymiş ziyan 700 milyard dollara çatacaq”

348 13.12.2022 22:52 Dünya A A

Bu ilin sonuna qədər müharibə nəticəsində Ukrayna iqtisadiyyatına dəymiş ziyan iki dəfə artaraq 700 milyard ABŞ dollarına çatacaq.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Parisdə keçirilən iqtisadi forumda bildirib.

“Dünya Bankının təsdiq etdiyi hesablamalarımıza görə, iyunun 1-nə Ukrayna iqtisadiyyatına dəymiş zərərin məbləği 350 milyard dollar təşkil edir. İlin sonuna qədər bu məbləğ, aydındır ki, iki dəfə artacaq. Biz bunu başa düşürük, çünki dağıntılar davam edir”, - o deyib.

Eyni zamanda, baş nazir müharibənin ölkə iqtisadiyyatının bütün sahələrinə çətinlik yaratdığını vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR