Slovakiyada 15 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir
Slovakiya yeni dövlət başçısını seçir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hazırkı baş nazir Robert Fitso daxil olmaqla, prezident postu uğrunda 15 nəfər mübarizə aparır.
Son sorğuların nəticələrinə görə, seçicilərin 35% Robert Fitsoya səs verməyə hazırdırlar. Onun əsas rəqibi – bitərəf sahibkar Andrey Kiskadır. Onu səs vermə hüququ olanların 25% dəstəkləyir. Digər namizədlər arasında siyasətçilər, sahibkarlar, həkimlər və müəllimlər var.
Slovakiyanın hazırkı prezidenti İvan Qaşparoviç postunu iki müddət, 2004-cü ildən tutduğundan qanunvericiliyə görə prezident seçkilərində iştirak etmir.






