Slavyanskda separatçılar həkimləri atəşə tutdu - 1 həkim yaralandı
Ukraynanın Slavyansk vilayətində vəziyyət gərgin olaraq qalır.
Yaralılara yardım etmək üçün həkim personajı ilə əraziyə gələn helikopter separatçılar tərəfindən atəşə tutulub.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həkimlərdən biri yaralanıb. Slavyansk özünü müdafiə hissələrinin mətbuat katibliyinin verdiyi xəbərə görə, separatçılar dinc sakinlərin yaşadığı binalara daxil olaraq, əhalini girov götürüb, onlardan sipər kimi istifadə edərək ərazidən uzaqlaşırlar.
Separatçılar əsasən Rusiya ilə sərhəd meşələrinə gedir, orada onları ruslar gözləyir. Ukrayna ordusu onları sona qədər təqib edə bilmir, meşəyə girən separatçılar asanlıqla Rusiya ərazisinə keçir, axşamlar isə yenidən Ukrayna ərazisinə qayıdırlar.






